Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Oman və İran Hörmüz boğazında təhlükəsiz və azad gəmiçiliyin təmin edilməsinə dair beynəlxalq hüquq normalarına sadiq olduğunu bir daha vurğulayıb.
Tezadlar.az xəbər verir ki, bu məsələ Oman və İranın XİN başçıları Bədr əl-Busaidi və Abbas Əraqçi arasında telefon danışığı zamanı müzakirə edilib.
Oman tərəfinin bəyanatına görə, bu yaxınlarda əldə edilmiş İran-ABŞ razılaşmaları kontekstində nazirlər gəmilərin Hörmüz boğazından azad və təhlükəsiz keçidinə münasibətdə beynəlxalq hüquq normalarına riayət olunmasının vacibliyini təsdiq ediblər.
Tərəflər həmçinin ümid edirlər ki, yaxın dövrdə prosesin bütün iştirakçıları siyasi-diplomatik səylərin irəliləməsi və regional sabitliyin möhkəmləndirilməsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcəklər.