Əsas məzmuna keç

Omeqa 3 və D vitamini ilə bağlı yeni araşdırma aparılıb- nəticəsi inanılmaz…

Beynəlxalq elmi qrup tərəfindən aparılan yeni araşdırma müntəzəm Omega-3 qəbulu ilə bioloji qocalma arasında mühüm əlaqə müəyyən edib.

Aparılan tədqiqatda 777 nəfər yaşlı isveçrəlinin üç il ərzində klinik göstəriciləri təhlil olunub.

Tədqiqat nəticələrinə əsasən, gündə bir qram Omega-3 qəbul edən insanlarda bioloji qocalma bu əlavəni qəbul etməyənlərlə müqayisədə dörd ayadək ləngiyib. Bundan əlavə, D vitamini əlavələri qəbul edən və həftədə ən az üç dəfə 30 dəqiqə fiziki aktivliklə məşğul olan iştirakçılar daha çox müsbət təsir müşahidə ediblər. Mütəxəssislər diqqətə çatdırıblar ki, Omega-3 ehtiva edən pəhrizlər iltihabın azalması, oynaq sağlamlığının yaxşılaşması, ürək xəstəlikləri, xərçəng və demans riskinin aşağı olması ilə əlaqələndirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…