Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Əgər Donald Tramp prezident seçkilərində qalib gəlsə, Avropa təkbaşına Ukraynadakı münaqişədən sağ çıxa bilməyəcək”.
Tezadlar.az “Avropa həqiqətləri”nə istinadla xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib. O bildirib ki, Avropanın düşdüyü vəziyyəti dəyişməyə çalışmaq lazımdır. Sitat: “Noyabrın 7-də Budapeştdə keçiriləcək Avropa Siyasi Birliyinin sammitində Avropanın düşdüyü vəziyyəti dəyişməyə çalışmaq lazımdır, çünki indi onun yeri küncdədir və cənablar – Rusiya və ABŞ kreslolarda oturub söhbət edirlər. Biz başa düşməliyik ki, əgər ABŞ-ın sülh tərəfdarı olan bir prezidenti varsa və ABŞ sülhün tərəfində olacaqsa, o zaman Avropa müharibə tərəfdarı olaraq qala bilməyəcək. Məncə, Avropa məsuliyyətsizcəsinə girdiyi bu müharibənin yükünü tək çəkə bilməyəcək. Əgər Amerika sülh yolunu tutsa, o zaman biz uyğunlaşmalı olacağıq”.
Ukrayna- Rusiya cəbhəsində isə müharibə davam edir…