2023-cü ildə Özbəkistanda korrupsiyaya qarşı mübarizə tədbirlərinin qeyri-qənaətbəxş səviyyədə olduğu təsnif edilən on ali təhsil müəssisəsi sonrakı iki ildə heç bir korrupsiya cinayəti törətməyib.
Tezadlar.az gazeta-ya istinadən xəbər verir ki, bu barədə Ali Təhsil, Elm və İnnovasiya naziri Konqratbay Şaripov məlumat verib.
2023-cü ildə aparılan sorğu əsasında ölkədəki 100-dən çox universitetin reytinqi tərtib edilib.
Müəssisələr üç kateqoriyaya bölünüb: korrupsiyaya qarşı mübarizə tədbirlərinin yaxşı, qənaətbəxş və qeyri-qənaətbəxş səviyyədə olduğu universitetlər.
Qeyri-qənaətbəxş nəticələr göstərən universitetlər təhsil prosesində korrupsiya risklərinin azaldılmasına yönəlmiş xüsusi fəaliyyət planları hazırlayıb və həyata keçiriblər.
Şaripov bildirib ki, bu tədbirlər nəticəsində iki il ərzində bu təhsil müəssisələrindən 10-da heç bir korrupsiya cinayəti qeydə alınmayıb.
Nazirin sözlərinə görə, ilin sonuna qədər bu universitetlərdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin səviyyəsi qənaətbəxşdən yaxşıya qaldırılıb.
Hazırda ali təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizə tədbirlərinin effektivliyini qiymətləndirmək üçün rəqəmsal platformanın yaradılması üzərində iş aparılır.
Xatırladaq ki, Özbəkistan Transparency International-ın 2024-cü il üçün Korrupsiya Qavrayışı İndeksində 180 ölkə arasında 121-ci yerdə qərarlaşıb ki, bu da 2023-cü il reytinqindən bir pillə aşağıdır. Bu, 2012-ci ildən bəri reytinqdə ilk enişdir.
Belə məlum olur ki, iki il öncəyədək Özbəkistanda fəaliyyət göstərən ali təhsil ocaqlarından yalnız 10-da vəziyyət qənaətbəxş deyilmiş. Və nazirin bu açıqlaması onu deməyə əsas verir ki, artıq ölkənin heç bir universitetində korrupsiya hallarına yol verilmir.
JASMİN

