Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyul 2026 / 14:17

ÖZBƏKSTANLI TƏLƏBƏLƏR NİZAMİ MUZEYİNDƏ OLUB

Artıq bir neçə gündür ki, Mədəniyyət Nazirliyinin və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə reallaşan “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi çərçivəsində bir qrup özbək tələbə ölkəmizdə səfərdədir. Muzeydən tezadlar.az-a bildirilib ki, iyulun 16-da özbəkstanlı gənclər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin qonağı olublar. Tələbələrlə görüşən muzeyin direktoru Rafael Hüseynov onlara Azərbaycan-Özbəkstan ədəbi-mədəni əlaqələrindən söz açıb, gəncləri maraqlandıran sualları cavablandırıb. Qonaqlara Nizami muzeyinin nəşrləri hədiyyə edilib.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!