21 İyul 2026 / 08:29

Özəlləşmə çekləri ilə bağlı feyk məlumat yayan axtarılır

MEDİA Agentliyi də sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan saxta məlumatların mənbəyini və bunu yayanın kimliyini axtarır. Sitat:  “Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının zəruriliyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Daxili İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə məlumatında bildirilir ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib. Vətəndaşlara tövsiyə olunur ki, bu cür saxta elanlara etibar etməsinlər, naməlum telefon nömrələri ilə əlaqə saxlamasınlar, bank kartı rekvizitlərini, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və digər şəxsi-maliyyə məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməsinlər, eləcə də hər hansı ödəniş həyata keçirməsinlər.
Hazırda həmin saxta məlumatlarla bağlı araşdırmalar aparılır”.
Beləliklə, yalan ayaq tutdu, amma yerimədi. Bunu yayanların isə kimliyi tezliklə bəlli olacapq.
SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!