15 Aprel 2026 / 23:59

Pakistan ABŞ–İran görüşünə hazırlaşır

İran və ABŞ arasında danışıqların ikinci raundu böyük ehtimalla gələn həftənin sonunda İslamabadda keçiriləcək.

Tezadlar.az xəbər verir ki, Pakistan hökuməti aidiyyəti qurumlara görüş üçün logistik və təhlükəsizlik tədbirlərinin görülməsinə dair göstəriş verib.

Danışıqlarda ABŞ nümayəndə heyətini Vitse-prezident Ceyms Devid Vens, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff və Cerad Kuşner, İran nümayəndə heyətini isə parlamentin sədri Məhəmmədbaqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin təmsil edəcəyi gözlənilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!