Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Şuşaya səfər etmək istəyini bildirib. Tezadlar.az xəbər verir ki, Baş nazir bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə geniştərkibli görüşündə danışıb. Sitat: “Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin, bildiyiniz kimi, kəskin hava şəraiti var. Mən bu ilin iyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərə məmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanları görə bilərik”.
Məlum olur ki, Baş nazir yayda bu arzusunu reallaşdıracaq.
Y.Məmmədli







