Paşinyan hakimiyyəti 5 aydır Xankəndidəki ölüsünə yiyə durmur!

Oxunma sayı: 61

“5 aya yaxındır Ermənistan hakimiyyəti Xankəndidə ölən erməni qadının meyitinin təhvil alınmasına heç bir münasibət bildirmir…”. Tezadlar.az xatırladır ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimatında deyib. Onun sözlərinə görə, 1954-cü il təvəllüdlü, erməniəsilli Vera Varaşakovna Ağasyannın 2024-cü il oktyabrın 20-də Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfi və övladları məlumatlandırılıb: “Meyitin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işləri aparılıb, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılıb. Buna baxmayaraq, qarşı tərəf beş aya yaxındır meyitin  təhvil alınmasına heç bir münasibət bildirmir”.

Xəbəri paylaş