Maraqlıdır, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla bildirir ki, baş nazir bu barədə mətbuat konfransında bildirib. sitat: “Bəli, 2022-ci ildə mən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın onun tərkibində olduğunu tanıdım. Bu qərar xeyli əvvəl qəbul edilməli idi”, – N.Paşinyan qeyd edib.
Baş nazirin sözlərinə görə, o, başa düşüb ki, Ermənistan qonşularının ərazi bütövlüyünü tanımadan öz ərazi bütövlüyünü tanıya bilməz, çünki onlar bir-biri ilə əlaqəlidir. Sitat: “Buna görə də 2022-ci il oktyabrın 6-da mən Ermənistanın Baş naziri kimi Ermənistanın ərazi bütövlüyünü tanıdım”.







