Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tezadlar.az bildirir ki, Azərbaycan Müdafiə Nazirliyi belə ir məlumat verib. Məlumata görə, martın 19-u saat 19:00-dan 19:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
XXX
Ötən gün isə Paşinyan bəyan edib ki, guya o Müdafiə Nazirliyinə tapşırıb ki, atəşkəs pozulmasın, çünki Ermənistan Azərbaycanla sülh sazişi bağlamağa çalışır.
Adama deyərlər, yalansa sənin… nazirliyinə bir dənə iri dron düşsün! Səninki tazıya “Tut!”, dovşana isə “Qaç!” deməyə bənzəyir! Ya nazirlik səni vecinə almır, ya da mövqedəki komandir nazirliyi!
A.Məmmədli