6 İyun 2026 / 18:44

Paşinyanın 1990-cı illərdə ABŞ səfirliyi ilə əlaqələri ortaya çıxdı

İrəvandakı Amerika səfirliyi hazırkı Baş nazir Nikol Paşinyanın 1995-ci ildən, jurnalist işlədiyi dövrdən bəri onun peşəkar fəaliyyətinə nəzarət edib və həmçinin onun qəzetinə sponsorluq edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan öz Facebook səhifəsində diplomatik yazışmalara istinadən bildirib.

Karapetyan öz səhifəsində Paşinyanın adını çəkən və onunla qarşılıqlı əlaqədə olmağın çətinliklərini Amerika kəşfiyyat orqanları üçün dəyərli “aktiv” kimi təsvir edən məktublar dərc edib.

“Səfirlik əməkdaşları 1995-ci ildən bəri Nikol Paşinyanın jurnalist işinə nəzarət edir və əlaqələndirir… 1997-1998-ci illərdə səfirlik Nikol Paşinyana səfirliyin vaxtaşırı media platforması kimi istifadə etdiyi “Oragir” qəzetinin yaradılması üçün maliyyə dəstəyi verib”, – deyə Karapetyanın açıqladığı sənədlərdə bildirilir.

Xəbər verdiyimiz kimi, may ayının sonlarında ABŞ prezidenti parlament seçkiləri ərəfəsində Ermənistanın Baş naziri Nikol Paşinyanı dəstəklədi. Amerika lideri Ermənistan hökumətinin başçısını özünün “böyük dostu” adlandırdı. O, ABŞ və Ermənistanın tezliklə beynəlxalq sülh və rifaha doğru birlikdə irəliləməyə başlayacağını bildirdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!