Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2026 / 13:31

Paşinyanın rəqibi Moskvaya müraciət edəcək

“Güclü Ermənistan” müxalifət partiyasının lideri Samvel Karapetyan Ermənistan idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün Moskvaya müraciət etmək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, onun sözləri “Armenpress” portalı tərəfindən yayımlanıb.

“Məhdudiyyətlər mövcud hökumətə deyil, Rusiyada çalışan Ermənistan vətəndaşlarına, sahibkarlara və ermənilərə təsir edir. Bütün bunlara ən qısa zamanda son qoyulmalıdır”, – deyə Ermənistanın baş naziri Nikol Paşinyanın son parlament seçkilərindəki rəqibi bildirib.

O, həmçinin əmin olduğunu bildirib ki, hazırkı Ermənistan hakimiyyətinin sanksiyaları aradan qaldırmaq üçün nə istəyi, nə də imkanı var.

Bir müddət əvvəl Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin rəhbəri Sergey Dankvert bildirib ki, son bir ay ərzində Ermənistandan qida idxalına tətbiq edilən çoxsaylı qadağalar siyasi cəhətdən əlaqəli deyil. O, Yerevanla Moskva arasında münasibətlərin eyni vaxtda pisləşməsinin təsadüfdən başqa bir şey olmadığını düşünür.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!