Əsas məzmuna keç

Payız-qış mövsümündə əl dərisini necə qoruyaq?

Xüsusilə payız və qış aylarında hava şəraitinin dəyişkənliyi əllərin dərisinə mənfi təsir göstərir. Soyuq hava, külək və rütubətsizlik nəticəsində dəri quruyur, həssaslaşır və çatlar yaranır.

Tezadlar.az xəbər verir ki, mütəxəssislər bu səbəbdən əl kremindən istifadənin yalnız estetik deyil, eyni zamanda sağlamlıq baxımından vacib olduğunu bildirirlər.

Əl kremləri dərinin təbii nəm balansını qoruyur, qoruyucu baryeri möhkəmləndirir və xarici təsirlərə qarşı müqavimətini artırır. Tərkibində qliserin, pantenol, shea yağı və E vitamini olan kremlər dərinin bərpasını sürətləndirir və qıcıqlanmanı azaldır. Xüsusilə tez-tez əl yuyan, məişət təmizləyici vasitələrlə işləyən və dezinfeksiyaedici məhlullardan istifadə edən şəxslərdə dəri daha tez zədələndiyi üçün krem istifadəsi zəruri hesab olunur.

Dermatoloqlar gün ərzində bir neçə dəfə, xüsusən də əllər yuyulduqdan sonra əl kremi çəkməyi tövsiyə edirlər. Bu, dərinin yumşaq qalmasına, infeksiyaların qarşısının alınmasına və əllərin sağlam görünüşünün qorunmasına kömək edir. Mütəmadi qulluq sayəsində mövsümi dəri problemlərinin qarşısını almaq mümkündür.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…