Əsas məzmuna keç

PAYTAXTIN BU PROSPEKTİNDƏ HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ

İyulun 13-ü saat 06:00-dan iyulun 14-ü saat 22:00-dək Bakı şəhərinin Yasamal rayonunun Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, Mikayıl Müşfiq dairəsi də daxil olmaqla) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Tezadlar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə Agentlikdən bildirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…