Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Paytaxtın Yasamal rayonunda, Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işləri yekunlaşdıqdan sonra daha bir ərazidə söküntü işləri aparılacaq.
Tezadlar.az xəbər verir ki, layihənin növbəti mərhələsi kimi Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayış evlərinin sökülməsinə start veriləcək.
Ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri artıq tamamlanıb.
Məlumata görə, söküntü planı metronun “Nizami” stansiyası istiqamətində olan tikililəri əhatə edəcək. Bu, bölgədə illərdir mövcud olan sıxlıq, infrastruktursuzluq və təhlükəsizlik problemlərini aradan qaldırmaq məqsədi daşıyır.
Evləri söküləcək sakinlərə kvadratmetr üçün 2 700 manat kompensasiya təklif olunub. Sakinlərlə fərdi danışıqlar aparılıb və köçməyə razılıq verən vətəndaşlarla müqavilələrin bağlanmasına başlanılıb.
Layihənin icrasından sonra həmin ərazidə yeni binaların tikilməsi nəzərdə tutulmayıb (Baku.ws).