14 İyun 2026 / 09:26

Pentaqon rəhbəri qabaqcıl süni intellektlərin agentlikdən kənarlaşdırılması ilə bağlı şərh verib

ABŞ hökumətinin Anthropic-in qabaqcıl süni intellekt modellərinin fəaliyyətini məhdudlaşdırdığı barədə xəbərlər yayılarkən, Pentaqon rəhbəri Pit Heqset onların agentlikdən kənarlaşdırılması ilə bağlı şərh verib.

Tezadlar.az xəbər verir ki, Heqset bu barədə sosial media saytında yazıb.

Heqset vurğulayıb ki, AnthropicAI Pentaqondan boş yerə qovulmayıb.

“Üç ay əvvəl Hərbi Departament AnthropicAI-ni binamızdan əbədi olaraq qovub. Keçən hər gün bunun düzgün addım olduğunu göstərir”, – deyə o yazıb.

Daha əvvəl ABŞ hakimiyyəti Amerika şirkətindən Anthropic-dən xarici istifadəçilərin ən qabaqcıl süni intellekt modelləri olan Fable 5 və Mythos 5-ə girişini bloklamasını tələb edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!