Əsas məzmuna keç

Peskov Rusiyada WhatsApp-ın blokdan çıxarılması şərtlərini açıqladı

Messengerin Rusiyaya qayıtmaq imkanı var

Rusiyada WhatsApp-ın blokdan çıxarılması yalnız messengerin Rusiya qanunlarına əməl etməsi və dialoqa hazır olması halında mümkündür.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlayıb.

“Bu, qanuna riayət etmək məsələsidir. Əgər Meta Korporasiyası buna əməl edərsə, Rusiya hakimiyyəti ilə dialoqa girəcək və sonra razılaşma mümkün olacaq”, – Peskov qeyd edib.

Şirkət Rusiyanın tələblərini qulaqardına vurmağa davam edərsə, geri qayıtmaq şansı olmayacaq.

Daha əvvəl, 1 dekabr 2025-ci ildə Rusiyada WhatsApp üçün idxal əvəzetmə səylərinin uğurla başa çatdığı bildirilmişdi.

Qeyd: Facebook, Instagram, WhatsApp və Oculus-a sahib olan Meta Platforms Corporation Rusiya Federasiyasında ekstremist təşkilat kimi tanınır və onun fəaliyyəti Rusiya Federasiyasında qadağandır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…