Əsas məzmuna keç

Peskov Rusiyanın Ukrayna ilə sülh yolu ilə bütün məqsədlərinə nail olmağa hazır olduğunu açıqlayıb…

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişənin diplomatik yolla həllinə tam açıqdır.

O, bu açıqlamanı mətbuat nümayəndələri ilə görüş zamanı verib.

Peskov həmçinin qeyd edib ki, Moskva bu prosesdə Vaşinqtonun vasitəçiliyinə ümid edir.

“Əlbəttə ki, biz sülh danışıqlarına açıq olaraq qalırıq və bu, bütün məqsədlərimizə dinc diplomatik danışıqlar yolu ilə çatmaq bizim üçün daha məqsədəuyğun olardı”,– deyə Dmitri Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi Rusiya və ABŞ-ın bir çox məsələlərdə oxşar fikirlərə sahib olduğunu və buna görə də Rusiyanın “Amerika vasitəçilərindən xoşməramlılıq” gözlədiyini vurğulayıb.

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…