Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyun 2026 / 21:30

Petro Trampı İsrailin Livana hücumlarını dayandırmağa çağırdı

Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampı atəşkəsə baxmayaraq, İsrailin Livana hücumlarını dayandırmağa çağırıb.

Tezadlar.az xəbər verir ki, prezident Petro sosial media hesabında verdiyi açıqlamada atəşkəsə baxmayaraq, İsrailin Livana hücumlarına toxunub.

ABŞ-ın İranla sülh danışıqlarını dəstəklədiyini bildirən Petro deyib: “Kolumbiya prezidenti olaraq, ölkəmin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına rotasiyalı sədrlik etdiyi bu ay ərzində bu müqaviləni dəstəkləyir və hörmət edirəm. Çünki bu, dünya üçün daha çox “Həyat” deməkdir. Müqəddəs Kitabı, dünya konstitusiyalarını və bəşəriyyət tərəfindən qurulmuş beynəlxalq hüququ oxumalarım əsasında inanıram ki, bu müqavilə bütün millətlər tərəfindən hörmət edilməlidir.”

Trampı İsrailin Livana hücumunun qarşısını almağa çağıran Petro deyib: “İsrail dövləti suveren Livan Respublikasına raketlərlə hücum etməyə davam etmək qərarına gəlib. İnanıram ki, prezident Donald Trampın bu dəhşətli münaqişəyə son qoymaq üçün bəşəriyyətin tam dəstəyini alması və İsrail xalqının hökumətlərinin düşmən deyil, qardaş olan qonşularına hücumlarını dayandırmasını təmin etməkdə bizə kömək etməsi vaxtıdır.”

İran və ABŞ arasında Livan da daxil olmaqla bütün cəbhələrdə atəşkəs rejiminin tətbiqi ilə bağlı əldə edilən razılaşma İsraildə reaksiyalara səbəb olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!