23 İyun 2026 / 11:00

Pezeşkian: ABŞ ilə danışıqlar yalnız hər iki tərəf öhdəliklərə əməl edərsə təsirli ola bilər

İran prezidenti Məsud Pazeşkian ABŞ ilə danışıqların yalnız hər iki tərəfin imzaladıqları anlaşma memorandumunda göstərilən öhdəliklərə əməl etməsi və onun müddəalarını tam şəkildə yerinə yetirməsi halında təsirli olacağını bildirib.

Tezadlar.az xəbər verir ki, Pezeşkian bu sözləri ABŞ-da yerləşən X sosial media platformasındakı hesabında yazıb.

Razılaşdırılmış mətndən kənar hər iki tərəfin verdiyi açıqlamaların danışıqlara mənfi təsir göstərəcəyinə toxunan Pezeşkian ABŞ ilə danışıqların yalnız hər iki tərəf anlaşma memorandumunda göstərilən öhdəliklərinə əməl etməsi və onun müddəalarını tam şəkildə yerinə yetirməsi halında təsirli olacağını vurğulayıb.

Pezeşkian həmçinin qeyd edib ki, danışıqlar prosesindəki irəliləyiş məsuliyyətlərin faktiki yerinə yetirilməsi ilə ölçüləcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!