18 İyun 2026 / 07:32

Pezeşkian və Tramp anlaşma memorandumunu imzalayıb

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai ABŞ ilə anlaşma memorandumunun hər iki ölkənin lideri – Məsud Pezeşkian və Donald Tramp tərəfindən imzalandığını açıqlayıb.

Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, o, İran və ABŞ arasındakı anlaşma memorandumunun rəqəmsal şəkildə imzalandığını bəyan edib.

“Anlaşma memorandumu hər iki ölkənin prezidentləri tərəfindən imzalandıqdan sonra onun pozulması daha baha başa gələcək”, – sözçü qeyd edib.

“Bu ana qədər danışıqlar qruplarının Cenevrədə iştirak proqramı qüvvədə qalır, lakin memorandum rəqəmsal qaydada imzalanıb və İsveçrədə hər hansı imzalama mərasimi keçirilməyəcək”, – Bəqai bildirib.

Onun sözlərinə görə, memorandumun mətnində danışıqların yalnız nüvə məsələsi və sanksiyaların ləğvi istiqamətində aparılacağı vurğulanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!