Əsas məzmuna keç

Polis daha 8 nəfər itkin düşəni axtarıb tapdı

İtkin düşmüş şəxslər tapılaraq ailələrinə təhvil verildi.
Tezadlar.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, fevralın 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Xidmətin rəisi Elşad Hacıyev sosial media hesabında bir daha vətəndaşlara çağırış edib;
“Ailə üzvlərinə məlumat vermədən ünvanı tərk etmək yaxınlarınız üçün ciddi narahatlıq yaradır və sizi risklərlə üz-üzə qoyur. Hara getdiyinizi və nə vaxt qayıdacağınızı öncədən bildirməklə həm öz təhlükəsizliyinizi, həm də yaxınlarınızın rahatlığını təmin etmiş olarsınız”.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…