Əsas məzmuna keç

Polis və Daxili Qoşunlar Şəkidə ictimai asayişi qoruyur

Ölkəmizdə keçirilən III MDB oyunları ilə əlaqədar Şəkidə də təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə DİN-in əməkdaşları tərəfindən gücləndirilmiş xidmət təşkil olunub.

“Təzadlar” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayon ərazisində və oyunların keçirildiyi məkanlarda xidmətə əlavə canlı qüvvə cəlb edilib.

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin qorunması, hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması, eləcə də köməyə ehtiyacı olan şəxslərə operativ yardım göstərilməsi istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.

 



Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…