14 Aprel 2022 / 18:44

POLİSİN GUYA QANUNSUZ HƏRƏKƏTLƏRİNİ İCTİMAİLƏŞDİRƏNİN KİMLİYİ MƏLUM OLDU

“Paytaxtın iri ticarət mərkəzlərindən birində polisin maska tələbi ilə bağlı qanuni müdaxiləsini inkar edərək, maska taxdığını iddia edən, polisi çəkməklə onun guya qanunsuz hərəkətlərini ictimailəşdirən şəxsin kimliyi müəyyən olunub”.

Bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Araşdırmalarla məlum olub ki, 1995-cil il təvəllüdlü Əşrəfli Əşrəfin iddiları tam əsassızdır. Araşdırmalar davam etdirilir”, – DİN rəsmisi qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!