Əsas məzmuna keç

Portuqaliya Almaniyanı məğlub edərək finala yüksəldi

Futbol üzrə Portuqaliya millisi UEFA Millətlər Liqasının yarımfinalında Almaniya yığmasına 1:2 hesabı ilə qalib gəlib və finalına yüksəlib. Tezadlar.az bildirir ki, Almaniyanın “Arena Münhen” stadionunda baş tutan qarşılaşmanı sloveniyalı Slavko Vinciçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

48-ci dəqiqədə Florian Virts alman komandasını hesabda irəli çıxarsa da, 63-cü dəqiqədə Çiko Konseysao hesabı bərabərləşdirib. Oyunun 68-ci dəqiqədə Kriştiano Ronaldo qələbə qolunu vurub. Bununla da 40 yaşlı Ronaldo Portuqaliya millisində 137-ci qolunu vurub. Digər yarımfinalda İspaniya və Fransa qarşılaşacaq. Oyun bu gün iyunun 5-də baş tutacaq, start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq. Ehtimal var kiş Portuqaliya finalda İspaniya ilə qarşılaşacaq. Futbol ekspertləri də belə hesab edirlər. Çünki Fransa komandasında zəif müdafiə sistemi görünməkdədir.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…