Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının maraqla gözlənilən matçlarından biri yekunlaşıb. “Qarabağ” öz meydanında “Sabah”ı qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaq komandanın üstünlüyü ilə başa çatıb. Gərgin keçən mübarizədə “Sabah” komandası “Qarabağ”ın qapısından bir cavabsız top keçirərək vacib 3 xalı aktivinə yazdırıb.
Oyunun gedişatı boyu hər iki tərəf kəsərli hücumlarla yadda qalsa da, “Sabah” müdafiədə inamlı çıxış edərək meydan sahiblərinə qol vurmaq imkanı verməyib. Qarşılaşmanın taleyini həll edən yeganə qol qonaqlara minimal hesablı (0-1) qələbə qazandırıb.
Turnir cədvəlinin liderlərindən olan Ağdam təmsilçisi üçün bu məğlubiyyət doğma azarkeşləri önündə gözlənilməz xal itkisi olub. “Sabah” isə bu qələbə sayəsində turnir cədvəlindəki mövqeyini daha da möhkəmləndirib.
Səbinə Bağırova