Əsas məzmuna keç

PREZİDENT HÖKUMƏTİN MÜZAKİRƏ EDİLƏN QANUN LAYİHƏSİNİ TƏXRİBAT ADLANDIRDI

Gürcüstanda ölkədaxili siyasi gərginlik durmadan artmaqdadır…

Prezident komandası ilə hökumət komandasının dil tapa bilməməsi, siyasi fikir və mövqe ayrılığı vəziyyəti daha da gərginləşdirməkdədir. Belə ki, ölkə Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsində israr etməsini təxribat adlandırıb.

 Prezident “X” platformasındakı paylaşımında qanunun xalqın iradəsinə zidd olduğunu qeyd edib. Zurabişvili paylaşımında yazıb: “Tbilisidə Rusiya qanunu əleyhinə genimiqyaslı etirazların ikinci gecəsidir. Rəsmilərin əhalinin iradəsinə zidd olaraq və tərəfdaşlara rəğmən bu qanunu qəbul etməkdə israr etməsi birbaşa təxribat – Rusiyanın destabilizasiya strategiyasıdır”.

Qanun layihəsinin parlamentdə müzakirəsi əleyhinə etirazlar isə durmadan kütləviləşir…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…