Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

NATO tarixinin ən vacib zirvələrindən birinin geri sayımı davam edir. NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi bu gün Ankarada başlayır.
Tezadlar.az xəbər verir ki, Prezident Ərdoğanın iki günlük zirvə görüşü səbəbindən çox sıx bir cədvəli olacaq.
Ərdoğan zirvədə 32 üzv ölkənin dövlət və hökumət başçılarını qəbul edəcək.
Ukraynadakı vəziyyət və Alyansın cənubundakı son hadisələr müzakirə olunacaq zirvədə 32 NATO üzv ölkənin dövlət və hökumət başçıları, eləcə də təxminən 100 nazir, çoxsaylı yüksək səviyyəli diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.
Prezident Ərdoğanın bu gün Ankaraya gələn bəzi liderlərlə ikitərəfli görüşlər keçirməsi gözlənilir.
Bu çərçivədə o, saat 11:00-da (Bakı vaxtı ilə saat 12:00) Kanada Baş naziri Mark Karni və saat 12:30-da (Bakı vaxtı ilə saat 13:30) Finlandiya Prezidenti Aleksandr Stubb ilə Prezident Sarayında ayrıca görüşəcək.
Saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) Ərdoğan ABŞ Prezidenti Donald Trampı rəsmi olaraq qarşılayacaq.
Prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan saat 19:30-da (Bakı vaxtı ilə saat 20:30) Prezident Kompleksində qonaq olan dövlət və hökumət başçıları və onların həyat yoldaşlarının şərəfinə şam yeməyi verəcəklər.
ELBAR