Əsas məzmuna keç

Prezident İlham Əliyev “Baykar” şirkətinin sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev “Baykar” Texnologiya şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktarı qəbul edib.

Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səlcuq Bayraktar Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşüb.

Bayraktar sosial media hesabında görüşlə bağlı aşağıdakı açıqlamanı paylaşıb: “Görüş zamanı ona (Prezident İlham Əliyev) “Baykar” Texnologiya şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verdim. Xoş qarşılamasına görə minnətdarlığımı bildirirəm. Əziz Azərbaycanla birliyimiz və qardaşlığımız davamlı olsun.”

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…