Argentina prezidenti Xavyer Mileyin konsertində rok mahnıları səsləndirməsi mübahisələrə səbəb olub.
Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Argentina prezidenti Xavyer Miley rok konsertinə çevrilən kitabının təqdimatı üçün səhnəyə çıxıb. Bu, pərəstişkarlarını sevindirib, lakin onu ölkənin iqtisadi problemlərindən uzaq olmaqda günahlandıran müxalifətin tənqidinə səbəb oldu. Xavyer Miley Çarli Qarsii-nin “Demoliendo Hoteles” və Nino Bravo-nun “Libre” mahnıları da daxil olmaqla, doqquz rok cover ifa edib. Treklər zülmə qarşı müqavimət haqqındadır və Argentinadakı son hərbi diktaturaya və İspaniyadakı Frankonun diktaturasına istinad edir.
Avqustun 6-da Miley açıqladı ki, bundan sonra ictimai çıxışlarda təhqirlərdən istifadə etməyəcək. “Nacion” qəzeti hesablayıb ki, 100 gün ərzində Miley müsahibələrdə, çıxışlarda və sosial media yazılarında 611 təhqirdən istifadə edib. Ümumilikdə, Argentina prezidenti vəzifəsinə başlayandan bəri Miley siyasi rəqiblərinə qarşı 4000-dən çox təhqir və təhqiramiz ifadələr səsləndirib.
E.ŞİRİNOV

