Əsas məzmuna keç

PROFESSOR İLHAM RƏHİMOVLA BDU- DA TARİXİ GÖRÜŞ

Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov bu gün Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri və müəllim heyəti ilə görüş keçirib.

“Təzadlar” xatırladır ki, görüşdə Milli Aviasiya Akademiyasının tələbələri də iştirak ediblər. Belə ki, tələbələr qarşısında çıxış edən professor İlham Rəhimov BDU-nun ən qocaman fakültəsi olan Hüquq fakültəsinin ali təhsilli, milli hüquqşünas kadrların yetişməsində əvəzsiz xidmətləri olduğunu bildirib. Onun sözlərinə görə, bu Universitetdə təhsil almaq hər bir gənc arzusu olsa da, Hüquq fakültəsinin tələbəsi olmaq daha məsuliyyətli və şərəflidir. Bundan sonra professor İlham Rəhimov tələbələrin çoxsaylı suallarını cavablandırıb, onların səsləndirdikləri təkliflərini dinləyib. Tədbirdə professor İlham Rəhimova Azərbaycanın cinayət hüquq elminin inkişafına və dünyada təbliğində əvəzsiz xidmətlərinə görə “Cinayət Hüququ Klubu”nun fəxri üzvü diplomu və BDU-nun 95 illiyi münasibətilə Fəxri Fərman təqdim olunub.

Bu da BDU- da daha bir tarixi görüş…

Y.Məmmədli

c31c61c0-f5b2-473a-861c-4abbd99489ce

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…