Əsas məzmuna keç

PSV “Bavariya”nın 19 yaşlı yarımmüdafiəçisini heyətinə qatmaq istəyir

Almaniyanın “Bavariya” klubunun futbolçusu Pol Uanner karyerasını Niderlandda davam etdirə bilər.

“Tezadlar” xəbər verir ki, PSV 19 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Oyunçu 2024/2025 mövsümündə icarə əsasında “Haydenhaym”da çıxış edib. O, 41 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Pol Uannerin Münhen təmsilçisi ilə 2027-ci ilin yayınadək müqaviləsi var.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…