Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Odessa sahilləri yaxınlığında pilotsuz uçuş aparatı ilə hücuma məruz qalan “Atlas Bey” mülki yük gəmisinin həlak olan azərbaycanlı kapitanı Səməd Nəsrullayevin nəşi bu gün Lənkəranın Balıqçılar kəndində dəfn edilib.
Bu barədə Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov Təzadlar.az – a açıqlamasında məlumat verib.
Qeyd edək ki, Səməd Nəsrullayev Odessa sahilləri yaxınlığında “Atlas Bey” mülki yük gəmisinin pilotsuz uçuş aparatı ilə hücuma məruz qalması nəticəsində həlak olub. Hadisə zamanı gəmidə 11 Azərbaycan vətəndaşı olub. Hücumdan sonra ekipaj üzvləri Odessa şəhərində sahilə çıxarılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi daha əvvəl yaydığı açıqlamada ekipaj üzvlərinin xilas edildiyini və onların vəziyyətinin qənaətbəxş olduğunu bildirmişdi. Həmin açıqlamada kapitanın axtarışlarının davam etdirildiyi qeyd olunurdu