Əsas məzmuna keç

PUA-lar səbəbindən bu ölkədə uçuşlar dayandırılıb – VİDEO

Dubay hökuməti sərnişinlərin və personalın təhlükəsizliyini təmin etmək məqsədilə hava limanında uçuşların müvəqqəti dayandırıldığını elan edib.

Tezadlar.az  xəbər verir ki, bu qərar hava limanının ərazisinə pilotsuz uçuş aparatının düşməsi nəticəsində yanacaq çəninin zədələnməsi və yanğının baş verməsi ilə bağlı qəbul olunub.

Dubay Beynəlxalq Hava Limanında həyata keçirilməli olan reyslərin regiondakı digər aeroportlara yönləndirildiyi bildirilir.

Yerli polis yanğın səbəbilə Dubay hava limanına gedən yolda magistral yolun və tunelin müvəqqəti bağlandığını açıqlayıb.

qafqazinfo

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…