Puqaçova mübahisəli müsahibəsindən sonra ilk dəfə Qalkinlə ictimaiyyət qarşısına çıxıb (fotolar)

Məşhur cütlük Latviyanı tərk edib

Rusiyanın məşhur müğənnisi Alla Puqaçova qalmaqallı müsahibəsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Tezadlar.az unian.net-ə istinadən xəbər verir ki, müğənni əri, şoumen Maksim Qalkinlə birlikdə Kiprin Limasol şəhərində rus aktyorlarının “Çamadan” adlı tamaşasına qatılıb. Foto və videolar Instagramda yayımlanıb.

Tamaşanın oktyabrın 7-də baş tutduğu məlum olub. Lakin Puqaçova və Qalkinin Latviyanı tərk edərək Kiprə nə vaxt qayıtdıqları hələlik məlum deyil.

Tamaşaçılardan biri Instagram hekayələrində məşhur cütlüyün görünüşünün tamamilə sürpriz olduğunu paylaşdı: “Kimsə bir dəfə mənə desəydi ki, mən növbəti sırada oturub eyni tamaşaya baxacağam, eyni şəhərdə yaşayacağıq, uşaqlarımız eyni məktəbdə oxuyacaqlar…”

Xatırladaq ki, Alla Puqaçova səs-küylü müsahibəsində Putin haqqında fikirlərini açıqlayıb, ona açıq müraciət edib, həmçinin Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanğıcında Rusiyanı tərk etməsinin əsl səbəbini açıqlayıb.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti