Əsas məzmuna keç

PUTİN ABŞ VƏ AVROPANI NÜVƏ SİLAHI İLƏ HƏDƏLƏDİ

Rusiya Prezidenti Vladimir Putin bu dəfə ABŞ və Avropanı nüvə silahı ilə hədələyib…

Tezadlar.az CNN- ə istinadla xatırladır ki, Rusiya lideri Rusiya nüvə caydırıcılığı doktrinasına dəyişikliklər etməklə bağlı vacib təklif irəli sürüb və adi hərbi təhdidlərə qarşı nüvə silahlarının istifadəsinin mümkünlüyü ilə bağlı daha aqressiv mövqe nümayiş etdirib.

Belə ki, dünən Putin Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən Rusiyanın nüvə arsenalının istifadəsini əsaslandıracaq ssenarilərin siyahısını genişləndirməyi təklif edib və adi hücumlara cavab olaraq belə silahların istifadəsinə hazır olduqlarını bildirib.

Hələki Bayden administrasiyası bu hədələrə cavab verməyib.

Y.Məmmədli.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…