Əsas məzmuna keç

PUTİN BAŞQA ÖLKƏLƏRDƏN DÖYÜŞÇÜ YIĞIR – RƏSMİ

Ukrayna ilə müharibə Rusiyaya yeni problemlər gətirməkdədir…

Belə ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlayan xarici ölkə vətəndaşlarına Rusiya vətəndaşlığı veriləcək. Tezadlar.az ORT1- ə istinadla xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb. Fərmanda deyilir ki, Ukraynaya qarşı müharibə zamanı Rusiya silahlı qüvvələrinə qoşulacaq xarici ölkələrin vətəndaşları Rusiya vətəndaşlığını ala biləcəklər. Onların ailə üzvlərinin də Rusiya vətəndaşlığı almaq hüququ olacaq. Qeyd olunur ki, vətəndaşlıq almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə ən azı bir il müddətinə müqavilə imzalanmalıdır.

Deyəsən, Rusiya cəbhəsində vəziyyət ruscadır… Yüz milyonluq ölkədə doğrudanmı döyüşçü problemi yaranıb?

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…