Əsas məzmuna keç

PUTİN GÜRCÜSTANA BU GÜZƏŞTİ ETDİ- MÜNASİBƏTƏ DOĞRU BİR ADDIM

Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirib.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Rusiya dövlət başçısının müvafiq fərmanı ilə Gürcüstan vətəndaşları üçün vizasız rejimi yumşaldılıb. Sənədə əsasən, artıq Gürcüstan vətəndaşları Rusiyaya vizasız olaraq “iş fəaliyyəti məqsədi ilə və ya 90 gündən artıq müddətə” daxil ola, eləcə də təhsil almaq istəyənlər də bu imkandan yararlana bilərlər.
Xatırladırıq ki, 15 may 2023-cü ildən etibarən Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv edilmişdi.

Bütün bunlar, xüsusən də Ukraynadakı müharibə bir daha göstərdi ki, nə Rusiya əlli il əvvəlki Rusiyadır, nə də dünya siyasəti… Və Rusiyada artıq anlayırlar ki, indiki məqamda düşmən olmaq asandır, dost olmaq çox çətin! İndi Rusiyaya, hətta Gürcüstanla belə dost olmaq lazımdır…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…