Əsas məzmuna keç

PUTİN İSRAİLƏ HÜCUMU MİQYAS VƏ QƏDDARLIQ BAXIMINDAN GÖRÜNMƏMİŞ ADLANDIRIB

HƏMAS yaraqlılarının İsrailə hücumu təkcə miqyasda deyil, həm də qəddarlıq baxımından görünməmiş hadisədir.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“İsrail, əlbəttə ki, tarixdə heç vaxt olmamış, görünməmiş hücumla üzləşdi. Özü də təkcə miqyasına görə deyil, həm də edam xarakterinə görə. Qəddarlıqla”, – Rusiya lideri jurnalistlərlə söhbəti zamanı qeyd edib.

Putin onu da vurğulayıb ki, İsrail hücuma “geniş miqyasda və kifayət qədər qəddar üsullarla” cavab verir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…