Əsas məzmuna keç

PUTİN SABAHDAN SİLAHLARI SUSDURMAQ ƏMRİ VERDİ

 Rusiya prezidenti Vladimir Putin yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək  bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

Bu barədə cümə axşamı Kremlin mətbuat xidməti dövlət başçısının göstərişinə istinadən məlumat yayıb.

“Müqəddəs Patriarx Kirillin müraciətini nəzərə alaraq, Rusiya Federasiyasının müdafiə nazirinə bu il yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Ukraynada tərəflər arasında bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıram” – məlumatda deyilir.

Rusiya Prezidenti Ukrayna tərəfi də atəşkəsə əməl etməyə səsləyib.

“Döyüş bölgələrində pravoslavlığı qəbul edən çoxlu sayda vətəndaşın yaşadığını əsas götürərək, biz Ukrayna tərəfini atəşkəs elan etməyə və onlara Milad bayramı mərasimlərində, eləcə də Məsihin Doğum Günündə iştirak etmək imkanı verməyə çağırırıq”.

Xatırladaq ki, provaslavlar İsa Məsihin doğum gününün yanvarın 7-nə təsadüf etdiyini bildirirlər.

 

Y.MƏMMƏDLİ

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…