Əsas məzmuna keç

PUTİN SEÇKİQABAĞI DEBATLARDA İŞTİRAK ETMƏYƏCƏK

Rusiya prezidenti Vladimir Putin seçkiqabağı debatlarda iştirak etməyəcək.

Bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Prezident seçkiqabağı debatlarda iştirak etmir”, – Kremlin sözçüsü Putinin müzakirələrdə iştirak etmək planları barədə suala cavab verib.

Peskov Putinin prezidentliyə namizəd sertifikatı alması ilə bağlı sualı seçki qərargahına yönləndirib. “Qərargah var, qərargahın sədri var”, – Peskov deyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…