5 İyun 2022 / 16:40

PUTİNİN ƏSAS HƏDƏFİ HƏLƏ DƏ KİYEVDİR, AMMA…

Kiyev rus işğalçılarının əsas məqsədi olaraq qalır, ona görə də daim təhdid altındadır.

Tezadlar.az Ukrayna mediasına istinadla bildirir ki, müdafiə nazirinin müavini Anna Malyar iyunun 5-də ümummilli telemarafonun efirində belə bir bəyanatla çıxış edib. Sitat: “Biz həmişə açıq şəkildə demişik ki, Kiyev daim təhdid altındadır. Doğrudan da insanlar müxtəlif səbəblərdən (paytaxta – red.) qayıdırlar.
Bununla belə, başa düşməliyik ki, müharibə qızğın mərhələdədir və Kiyev Rusiya Federasiyasının əsas məqsədi olaraq qalır”. 
 Xatırladaq ki, bu gün iyunun 5-də səhər saat 6 radələrində Kiyevin Sol Sahilində 5 partlayış səsi eşidilib, paytaxtın rəhbəri Vitali Kliçko şəhərin Darnitski və Dneprovski rayonlarındakı infrastruktur obyektlərinə rusların raket zərbələri endirdiyini bildirib. İlkin məlumatlara görə, Rusiya qoşunları Xəzər dənizindən Tu-95 təyyarələrindən raketlər atıb. Bir raket isə havada məhv edilib. “Ukrzaliznitsa” rus qoşunlarının bazar günü Darnitsa avtomobil təmiri zavoduna 4 raket atıldığını təsdiqləyib.

O da sirr deyil ki, Rusiya bütün gücünü tezliklə nəyəsə nail olmağa səfərbər edib… Az qala bütün cəbhə boyu döyüşlər gedir…

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!