Rusiya prezidenti Vladimir Putin Avropa da daxil olmaqla Rusiya-Ukrayna münasibətlərinin nizamlanması üzərində işləməyə hazır olduğunu bildirib, amma o həm də qeyd edib ki, ölkəsi bir daha Qərbə həddindən artıq inana bilməyərək səhvlərə də yol verməməlidir. Tezadlar.az ORT-1 TV-yə istinadla Vladimir Putin “Arxangelsk” sualtı qayığının dənizçiləri ilə görüşü zamanı belə deyib. Sitat: “Biz Avropa ilə də işləməyə hazırıq, onlar sadəcə olaraq qeyri-sabitlik nümayiş etdirirlər və daim bizim burnumuzdan tutmağa çalışırlar. Amma eybi yoxdur, biz artıq buna öyrəşmişik. Ümid edirəm ki, partnyor adlandırdığımız şəxslərə hədsiz inam əsasında heç bir səhvə yol verməyəcəyik”.
Cəbhıdə isə müharibə davam edir. Ötən gecə də Ukrayna üzərində Rusiyaya məxsus PUA- lar qeydə alınıb.
A.Məmmədli