Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin sonunda jurnalistlərin suallarını cavablandıracaq.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlum olduğu kimi, Putin də Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə iki şəhərə – Tyantszin və Pekinə səfər edib.
Tyantszində Vladimir Putin də digər xarici liderlərlə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edib. Pekində Putin Yaponiya üzərində qələbənin 80 illiyi və İkinci Dünya Müharibəsinin başa çatması münasibətilə keçirilən paradda, həmçinin qala-ziyafətdə iştirak edib.
Y.Məmmədli







