Putin və Tramp Alyaskada – CANLI

Rusiya Prezidenti Vladimir Putin Ağ Ev rəhbəri Donald Trampla görüş üçün , RA-64531 xüsusi reysi ilə Maqadandan Alyaskaya  uçub.

“Tezadlar.az” xəbər verir ki, Putinin təyyarəsi avqustun 15-də yerli vaxtla saat 11:00-da Ankoric şəhərinə enəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki,  Putin Tramla görüşdə Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərinə qədər bir sıra məsələlər üzrə danışıqlar aparacaq.

***

“Flightradar” sistemi bildirir ki, Rusiya lideri Vladimir Putinin təyyarəsi artıq Alyaskanın Ankoric şəhərinə eniş edib.

***

ABŞ Prezidenti Donald Trampın təyyarəsi artıq Alyasakaya eniş edib. ABŞ lideri Elmendorf-Riçardson hərbi bazasında rusiyalı həmkarının gəlişini gözləyir.

 

Xəbəri paylaş