Əsas məzmuna keç

Putin və Trampın danışıqları mətbuata açıqlama vermədən başlayıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp ənənəvi sammitin açılış nitqi olmadan “üçə-üç” görüşə başlayıblar.

İki ölkənin liderləri kreslolarda əyləşərək fotoqraflara üz tutdular ki, bir neçə şəkil çəkə bilsinlər. Otaqda olan müxbirlər, görüş mərasimində olduğu kimi, bir-birinin üstündən suallar verməyə çalışsalar da, ABŞ protokol xidməti jurnalistlərə təşəkkür edib və onları otaqdan çıxarıb.

Rusiya və ABŞ prezidentləri arasında görüş bağlı qapılar arxasında keçirilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…