Artıq Avropada və ABŞ- da hesab edirlər ki, Putin Ukraynanın “Hörümçək toru” əməliyyatına cavab olaraq öz hərbi imkanlarından hələ tam istifadə etməyib. Putin Zelenskinin bu əməliyyatını Ukraynaya bağışlamayacaq. Tezadlar.az Reuters- ə istinadla xatırladır ki, ABŞ ordusunun rəsmiləri bildiriblər ki, Ukrayna rəsmi Moskvanın raket və PUA-larla endiriləcək zərbələrinı hazır olmalıdır. Mənbə açıq şəkildə bildirib ki, Putinin əsas hədəfi isə Zelenskinin olduğu hərbi qərargahdır.
Bəs Rusiya kəşfiyyatı Zelenskinin yerini necə öyrənə bilər? Hərbi mütəxəssislər isə bildirirlər ki, əgər Rusiya “FSB”Sİ “Hörümçək toru”ndan xəbırsiz olubsa, çətin ki, bu niyyətini də həyata keçirə bilsin.
Amma Putin hələki bunu edə bilir vı Rusiyanın indiyədək olan hərbi nüfuzu müharibə meydanında qumardadır: belə ki, iki gün əvbəl Rusiya Kiyevə genişmiqyaslı raket hücumu həyata keçirib və bu hücum Rusiya Müdafiə Nazirliyi tərəfindən “Ukraynanın terror aktlarına cavab” kimi təqdim olunub. Lakin ABŞ bu hücumu daha böyük bir əməliyyatın başlanğıcı kimi qiymətləndirir.
Müharibə isə davam edir…
A.Məmmədli

