Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidenti Vladimir Putin hökumətə Ukrayna ordusunun Rusiya infrastrukturuna hücumlarının nəticələrini minimuma endirmək üçün əlavə tədbirlər görməyi tapşırıb.
Tezadlar.az xəbər verir ki, Putin bu sözləri Moskvada hökumət rəsmiləri ilə görüşdə söyləyib.
Ukrayna hücumları ilə bağlı təhdidlərin qarşısının alınmasının əsas məsuliyyətinin Rusiya Müdafiə Nazirliyinin və digər təhlükəsizlik orqanlarının üzərinə düşdüyünü bildirən Putin deyib: “Lakin Rusiya hökuməti də bu cür hərəkətlərin nəticələrini minimuma endirmək və ya hətta aradan qaldırmaq üçün əlavə tədbirlər görməlidir”.
Putin cəbhədəki vəziyyət pisləşdikcə Ukraynanın Rusiyadakı mülki obyektlərə və infrastruktura hücum taktikasını tətbiq etdiyini söyləyib.
O, Ukraynanın Rusiyanın enerji təchizatında problem yaratmağı və turizm mövsümünü pozmağı hədəflədiyini qeyd edib və bu niyyətin onlara müxtəlif kanallar vasitəsilə açıq şəkildə çatdırıldığını əlavə edib.
Putin hücumların Rusiya ordusunun Ukraynadakı irəliləyişini dayandırmayacağını bildirib və Rusiyanın dinc danışıqlara açıq qaldığını vurğulayıb.
Yanacaq təchizatı ilə bağlı hökumət tədbirləri
İclasda çıxış edən Rusiya Baş nazirinin müavini Aleksandr Novak ölkədəki yanacaq vəziyyətinin çətin, lakin nəzarət altında olduğunu bildirib.
Novak neft şirkətlərinin istehsal və təchizat həcmlərini maksimum dərəcədə artırdıqlarını və bəzi bölgələrdə logistika problemlərini həll etmək üçün bir sıra tədbirlər hazırladıqlarını izah edib.
Novak iştirakçılara müəyyən yanacaq növlərinin ixracını qadağan etdiklərini və dizel yanacağının ixracını da qadağan etməyi düşündüklərini xatırladıb.
E.ŞİRİNOV