Əsas məzmuna keç

Putini ABŞ prezidenti adlandırıblar

İspaniyanın “Europa Press” agentliyi Rusiya liderinin Şərq İqtisadi Forumunda çıxışı ilə bağlı məqaləsində Vladimir Putini ABŞ prezidenti adlandırıb.

Tezadlar.az xəbər verir ki, “RİA Novosti” buna diqqət çəkib.

“O qeyd edib ki, ABŞ prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsi ilə bağlı Avropada son məsləhətləşmələri hələ müzakirə etməyib”, – ispan jurnalistlər yazır.

Bu gün Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edib. Dövlət başçısı çıxışının bir hissəsini Ukraynadakı vəziyyətə həsr edərək bildirib ki, o, Vladimir Zelenski ilə Moskvada görüşməyə və ona 100 faiz təhlükəsizlik zəmanəti verməyə hazırdır.

O, həmçinin qeyd edib ki, Rusiya Ukraynanın NATO-ya daxil olmasından qətiyyən razı deyil. Eyni zamanda, Moskva sülh sazişləri əldə edildikdə onlara hörmət etməyə və onlara tam əməl etməyə hazırdır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…